воскресенье, 13 октября 2013 г.

Beşikdən məzara

Heç nə əbədi deyil, hər şey müvəqqətidir...
Həyatın özü olduğu kimi, içindəki heç bir şey də əbədi deyil. Biz də bu həyatın qonaqlarıyıq. Kimimiz çox qalırıq, kimimiz də az. Hər birimiz əvvəl axır nədən yaranmışıqsa o na da qayıdırıq. Bu dünyada hər bir şey müvəqqətidir. Sevincimiz, kədərimiz, nifrətimiz, sevgimiz, aldığımız nəfəs belə... Çünki, o da bir gün tükənəcək...
Həyat beşiklə məzar arasındakı sınaq müddətidir və heç də hər kəs bu sınaqdan layiqincə çıxmağı bacarmır. İnsan hər zaman xoşbəxtliyi hardasa, nədəsə axtarır, lakin başa düşmür ki, yaşamaq özü xoşbəxtlikdi.
Hansınız səhər gözünü açdığında bunu dünyaya təkrarlayırsənız: "Bu gün xüsusi bir gün, çünki mən bu gün də yaşayıram. Gözlərim açıq, ilk nəfəsimi şüurlu bir şəkildə çəkdim içimə. Bu gün xüsusi bir gün, bəli, bu gün mənə bir gün daha yaşama şansı verildi..."
İnsan daima çalışır.. Nə isə bir şey əldə etməyə çalışır.  Lakin bu dünyada ona nə qalır görəsən? Əlbəttə ki, heç nə! Bir gün özü də heç olur...  Niyə insan yalnız səhv edəndən sonra səhvini başa düşür? Niyə insan əlindəkiləri vaxtında dəyərləndirməyi bacarmır?  Niyə kiminsə yoxluğunu hiss eliyəndən sonra onun qədrini bilirik? Həm də ən maraqlısı odur ki, əksəriyyətimiz bunu dərk edə-edə edirik. Niyə kiməsə qəhrəmanlıq ancaq ölümündən sonra verilir? Amma niyə? Bu insan psixologiyasından irəli gəlir yoxsa....?
İnsan həyatında nə problemlər var... Amma, biz hər hansı bir işimiz yolunda getmədi deyə bütün günümüzü o gözəl ruhumuza və bədənimizə əzab çəkdirməklə keçiririk.
Yaxşı, bu həyata nə vaxt gülümsəyəcəksən? Nə vaxt özün üçün bir şeylər edəcəksən? Ən sevdiyin çiçəyi niyə hələ başqalarından gözləyirsən? Bu gün özünə niyə o çiçəyi almırsan? Niyə bir səhər təbiətin oyanışına özünü şahid etmirsən? Unutma ki, bu həyatı gözəlləşdirəcək olan da, çəkilməz hala gətirəcək olan da sənsən. Əsla başqalarını günahlandırma...
Elə bir insan yoxdur ki, o, “kaş” sözünü işlətməsin. Hər birimizin həyatında “kaş”lar istənilən qədərdir. Üzə vurmasaq da, peşman olduğumuz, heyfsləndiyimiz çox şey olub. Amma, nə fayda? Zamanı geri qaytara bilərikmi? Nəyisə dəyişə bilərikmi?
Hər gün insan üçün yeni bir həyatdır. Bu həyatdan da zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. Prinsipsiz, məqsədsiz bir həyat bir heçdir çünki... yaşanmış bir boşluqdur sadəcə...
Ömrümüz qısa olsa da, unutmayaq ki, YAŞADIĞIMIZ HƏR AN BİR ÜMMANDIR.
Artıq hər səhər ürəyinə böyük gülümsəmələrlə dolu bir nəfəs al və bütün gün verdiyin hər nəfəsin içinə bu gülümsəmələrdən qataraq, ətrafındakı bütün canlı varlıqları, varlığından xəbərdar et. Həyata boş yerə gəlib və boş yerə getmə. Unutma sən bu dünyada başlı-başına bir həyatsan və buna görə belə varlığın çox xüsusidir.....



“Beşikdən Məzara” adlı – yerdəyişməsi trayektoriyasına bərabər olan bu yolda çalış öz izini qoy. Ancaq unutma ki, başqasının yolu ilə gedənlərin izi olmur...

Комментариев нет:

Отправить комментарий