воскресенье, 13 октября 2013 г.

Beşikdən məzara

Heç nə əbədi deyil, hər şey müvəqqətidir...
Həyatın özü olduğu kimi, içindəki heç bir şey də əbədi deyil. Biz də bu həyatın qonaqlarıyıq. Kimimiz çox qalırıq, kimimiz də az. Hər birimiz əvvəl axır nədən yaranmışıqsa o na da qayıdırıq. Bu dünyada hər bir şey müvəqqətidir. Sevincimiz, kədərimiz, nifrətimiz, sevgimiz, aldığımız nəfəs belə... Çünki, o da bir gün tükənəcək...
Həyat beşiklə məzar arasındakı sınaq müddətidir və heç də hər kəs bu sınaqdan layiqincə çıxmağı bacarmır. İnsan hər zaman xoşbəxtliyi hardasa, nədəsə axtarır, lakin başa düşmür ki, yaşamaq özü xoşbəxtlikdi.
Hansınız səhər gözünü açdığında bunu dünyaya təkrarlayırsənız: "Bu gün xüsusi bir gün, çünki mən bu gün də yaşayıram. Gözlərim açıq, ilk nəfəsimi şüurlu bir şəkildə çəkdim içimə. Bu gün xüsusi bir gün, bəli, bu gün mənə bir gün daha yaşama şansı verildi..."
İnsan daima çalışır.. Nə isə bir şey əldə etməyə çalışır.  Lakin bu dünyada ona nə qalır görəsən? Əlbəttə ki, heç nə! Bir gün özü də heç olur...  Niyə insan yalnız səhv edəndən sonra səhvini başa düşür? Niyə insan əlindəkiləri vaxtında dəyərləndirməyi bacarmır?  Niyə kiminsə yoxluğunu hiss eliyəndən sonra onun qədrini bilirik? Həm də ən maraqlısı odur ki, əksəriyyətimiz bunu dərk edə-edə edirik. Niyə kiməsə qəhrəmanlıq ancaq ölümündən sonra verilir? Amma niyə? Bu insan psixologiyasından irəli gəlir yoxsa....?
İnsan həyatında nə problemlər var... Amma, biz hər hansı bir işimiz yolunda getmədi deyə bütün günümüzü o gözəl ruhumuza və bədənimizə əzab çəkdirməklə keçiririk.
Yaxşı, bu həyata nə vaxt gülümsəyəcəksən? Nə vaxt özün üçün bir şeylər edəcəksən? Ən sevdiyin çiçəyi niyə hələ başqalarından gözləyirsən? Bu gün özünə niyə o çiçəyi almırsan? Niyə bir səhər təbiətin oyanışına özünü şahid etmirsən? Unutma ki, bu həyatı gözəlləşdirəcək olan da, çəkilməz hala gətirəcək olan da sənsən. Əsla başqalarını günahlandırma...
Elə bir insan yoxdur ki, o, “kaş” sözünü işlətməsin. Hər birimizin həyatında “kaş”lar istənilən qədərdir. Üzə vurmasaq da, peşman olduğumuz, heyfsləndiyimiz çox şey olub. Amma, nə fayda? Zamanı geri qaytara bilərikmi? Nəyisə dəyişə bilərikmi?
Hər gün insan üçün yeni bir həyatdır. Bu həyatdan da zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. Prinsipsiz, məqsədsiz bir həyat bir heçdir çünki... yaşanmış bir boşluqdur sadəcə...
Ömrümüz qısa olsa da, unutmayaq ki, YAŞADIĞIMIZ HƏR AN BİR ÜMMANDIR.
Artıq hər səhər ürəyinə böyük gülümsəmələrlə dolu bir nəfəs al və bütün gün verdiyin hər nəfəsin içinə bu gülümsəmələrdən qataraq, ətrafındakı bütün canlı varlıqları, varlığından xəbərdar et. Həyata boş yerə gəlib və boş yerə getmə. Unutma sən bu dünyada başlı-başına bir həyatsan və buna görə belə varlığın çox xüsusidir.....



“Beşikdən Məzara” adlı – yerdəyişməsi trayektoriyasına bərabər olan bu yolda çalış öz izini qoy. Ancaq unutma ki, başqasının yolu ilə gedənlərin izi olmur...

Мусор на улице

Вот сижу и думаю, зачем люди бросают мусор на улице, не в урну, а на землю, по-свински? Неужели сложно донести мусор до урны? Неужели не хватит сил и терпенья преодолеть эти мучительные несколько метров?
Давайте разбираться. Скорее всего, эти люди дома у себя мусор на пол не кидают, а идут и выбрасывают. Получается, что люди мусорят там, где им не придётся убираться. Такие суки-эгоисты, подкидывающие падлянку дворникам (да и, в принципе, всем нам, всё-таки жить в чистоте как-то приятнее). Или очень ленивые, хотя тут много усилий то не потребуется…  Кто-то кидает мусор в сторону мусорки, редко попадает в саму урну, но это уже чуть лучше, чуть ближе к званию «культурный человек».
Со стороны это конечно смотрится дико. Но ведь не все люди так поступают. А может есть какой-нибудь свинский ген?:) Или это болезнь? Кто-то скажет, что у этих людей родители хреново относились к вопросу воспитания, но неужели взрослый, с виду психически здоровый человек не сможет исправить огрехи некачественного воспитания?

Это тоже всего лишь одна из кучи фантазий, появляющихся у меня в голове…  

суббота, 12 октября 2013 г.

Xalq`ım - 2

Bu yazını yazmaq 3 aydır ağlımdadı. Amma, bir işi görmək üçün "deadline" sisteminə o qədər öyrəşmişəm ki, özümə hansısa axrıncı tarix nəzərdə tutmadan bir çox planımı belə uzada bilirəm. Bu çox pis bir haldır. Ona görə də bu günü seçdim yazmaq üçün.
Bu gün Xarkova gəlməyimdən  bir həftə keçir. Harasa gedəndə ilk günlər həmişə boşluq olur. Ortada olursan - nə Bakıda, nə də hansısa başqa şəhərdə. Sadəcə uçuşdan yorğun beynin bir müddət dincəlmək istəyir. Təzə şəhərdə olduğunu və öz şəhərindən daha bir dönəmlik uzaq düşdüyünü dərk etməyə başlamadan dincəlmək. Belə anlarımda həmişə yazıram. Dəftərə, telefon notlarına, twitterə, fərqi yoxdu. Əsas yazmağa yer olsun. Rahat yazmaq istəyəndə bloga yazıram. Blog isə sonsuz boş vərəqlər kainatı kimi gəlir mənə. Burada yazanda "tez-tez twit yazıb insanların timeline`nını doldurmayım" və ya "nə qədər fikirlərimi özüm yazıb özüm oxuyacam" fikirləri adamı narahat eləmir. Bura giriş sərbəstdir və bura sənin fikirlərinin tarixə çevrilməsinin ən yaxşı yollarından biridir (həmişə yazdıqlarımı ya itirirəm, ya da itirmək istəyirəm). Blog yazmaq tamamilə yazma ehtiyacını ödəmək kimi gəlir mənə. Bilmirəm, bəlkə getdikcə bu haqda fikirlərim dəyişəcək...
Yazımın bu hissəsi giriş xarakteri daşıdığı üçün indidən deyimki, başdan axıra kimi azərbaycanca yazmağa çalışacam. Hərdən “çox zəngin” dilimizdə “ekvivalent”ini tapa bilməyəcəyim sözləri elə “ekvivalent” sözü kimi dırnağa alıb başqa dildə yaza bilərəm. Çünki, Yesenin demiş, - "Я пишу, как дышу ". Yəni yalandan süni şəkildə bütün qrammatik qaydalara uymaq məqsədilə yazsam, bu doğurdan da mənim fikirlərim və mənim nitqim olmayacaq. Ona görə də arada rus, ingilis dillərindən (ispan da ola bilər) istifadə edəcəyimi indidən təxmin edə bilirəm.
Həmişə insanların əslində görmək istədikləri işlərlə məşğul olmalarının, oxumaq istədikləri kitabları oxumalarının tərəfdarıyam. Dünyada o qədər iş var ki, o qədər sahə var ki. Amma, niyəsə Azərbaycanda əksəriyyət hüquqçu və ya programist olmaq istəyir. Çünki, daha çox pul, daha çox hakimiyyət istəyirlər. “Niyə insanlar bu qədər eyniləşməyə meyilidir?” soruşmayacam, çünki bunun cavabı mediadır. İstər klassik, istər sosial media. Biz bunun fərqində olmadan media fikirlərimizin formalaşmasında ən böyük rolu oynayır. İnsanlar elə bilirlər ki, doğrudan da brand`lərdən xoşları gəlir, ya da ki, Gucci`nin o üç rəngi doğrudan da ideal seçilib və ya bir bilərzik Tiffany`dəndirsə onun dizaynı mütləq fərqlidi və o pulu ona verməyə dəyər. Elə bilirlər böyük maşınlar insanı cazibədar göstərir və sarışın qızlar ən gəşəngləridi. Elə bilirlər bahalı telefonlarımız olmasa yaşaya bilmərik, çünki, gözümüzlə görürük ki, bu telefonlar əslində çox rahatdı, çünki, çox sürətlidi. Bəlkə də bu sistemin günahı deyil. İnsanlar daha sürətli həyat istəyir, ona görə bu yüksək texnologiyalar icad edilir. Amma, hər halda kütləvi informasiya vasitələri insanın buna inanmağını asanlaşdırır.
Bizim dövrümüzdə qeyri-səmimilik çoxdu və yaxud səmimilik anlayışının içi boşalıb. Nədir ki, səmimilik? Televizor deyir ki, Paulo Coelho ən çox satılan yazıçıdı, hamı qaçıb onun kitablarını alır, turizm şirkətləri deyir, Paris gözəl şəhərdi, millət Eyfel qülləsinin qabağında şəkil çəkdirmək üçün ora gedir, reklamlar deyir ki, qolları güclü oğlanlar daha cəlbedicidi, taxtalaşmaqda olanlar həyatını sport zallarda keçirir. Təzəlikcə də sağlam qidalanmaq dəbə minib. Hər kəs sağlam qidalanır. Halbuki, 10 il əvvəl McDonald`s dəbdəydi və həmin, indi sağlam qidalanan “dəryalar” həyatını burgerlərlə keçirirdi. Və eyni şəkildə indi deyiləndəki, “Luvr muzeyində şəkil çəkdirmə, çox primitiv görünərsən!”, faciə orasındadır ki, bunu eşidənlərdən heç kəs oralara yolu düşsə şəkil zad çəkdirmir. Çünki öz fikirləri yoxdu, çünki, səmimi deyillər. Çünki artıq Facebook`a şəkil qoymaq olmaz, axı heçkəs qoymur. Artıq Twitter`də ağıllı twitlər yazmaq daha cool sayılır. Sayılır… Hə, hə, sayılır…Ay daaa, kim sayır ki? Sayan var, əlbəttə ki. Həyatını başqalarının həyatına sərf edərək keçirənlər var. Yadıma gəlmir kim, amma, kritiklərdən biri deyirdi ki, “texnologiya əsri texnoloji ağlın inkişaf etməsi və intelektin zəifləməsinə səbəb olur”. Belə fikirləri oxuyanda inanmaq istəmirəm, amma, yuxarda göstərdiyim kimi misallar çoxdu, həddən artıq…
Kaş ki, insanlar robotlaşmasa, kaş ki, doğurdan istədikləri işlərlə məşğul olsalar, kaş ki, hamı kimi olmaq cool olmaq sayılmasa. Təsəvvür edirsiniz nə dərəcədə rəngarəng olardı dünya... Hər kəs fərqli, hər şey əla.
Mən Ukraynaya uşaqlıqdan tanıdığım, futboldan olan yoldaşım – Elşənlə gəlmişəm. Bura gəlməmişdən əvvəl 3 gün də Moskva da onun evində qaldım. Ukraynada isə bir vaxtlar bizmlə eyni komandada oynayan Xarkovdan olan yoldaşımızın evində qalırıq. Oğlan valideynlərinə “Bakıdakı dostlarımı bir aylıq bura  çağırmaq istəyirəm” deyincə müsbət cavab almış, hələ üstəlik uşaqlar rahat əylənsin deyə valideynləri yığışıb bir aylıq İtaliyaya gediblər. 20 və 18 yaşlı bacı-qardaş qonaq qəbul eləmək üçün tam sərbəst buraxıblar. Təsəvvür edin, belə bir şey Azərbaycanda ola bilər? Valideyn uşaqlarını evdə qoyub istirahətə getsin, hələ bir qapıdan çıxanda da “sizə xoş əyləncələr” desin. Mümkün olan bir şey deyil. Bura gələn günün səhəri oğlan ən yaxın dostlarını, girlfriend`ini yığıb saat 21-dən sonra evdə mini randevu təşkil etmişdi. Bir dost çevrəsində biri fotoqraf, digəri arxeoloqdu, o birisi pandaların mübarizəsi üçün kampanyalar keçirir. Hətta bacısının boyfriend`i univerdə  2-ci kur tələbəsi, avtomatlaşdırma ixtisasında təhsil alan adam, həftə sonları Xarkovdan 200 km aralıdakı kənddə olan rəsədxanaya astronomiya öyrənməyə gedir. Həvəskar kimi, deyir “mən heç vaxt astroloq olası deyiləm, sadəcə maraqlarımı boşuna öldürmürəm”. Vallah, mat qalmışdım, hər gün dərsdə ol, həftə sonu da get rəsədxanaya. 200 km… Bakıda cammat 2 stansiya metro ilə kitabxanaya getməyə ərinir. Ordakıların hamısı ilə ayrılıqda tanış oldum, söhbət elədim, mənim üçün hər biri maraqlı insan idi. Çünki, hərəsinin öz maraq dairəsi var idi. Eynilik yox idi. Düşünürdüm Bakı da belə olsaydı nə dərəcədə maraqlı olardı həyat. Yoxsa hamı fotoqraf, hamı eyni dərəcədə cool olmazdı. Başqasını təkrarlayanda əslində cool olmadığınızın niyə fərqinə varmırsız ki? Çünki, sistem sizi klonlaşdırır. Ən çox Bakıdakı fotoqraflıq virusuna tutulanlara yazığım gəlir, bir iki aya o da dəbdən düşəndə o qədər pulları heyıf olur ara yerdə. Və ya 7dən 77yə hamının tutuldugu blackberry xəstəliyi.
Əlbəttə ki, bu hissədə hamını nəzərdə tutmuram, bir ölkəd ki, nazir qızıyla avtobus şoferinin də blackberry almasıdı məni narahat edən məsələ.
Bir yandan da əgər deyirəmsə, hamı öz istədyi kimi olsun və əgər hamı istəyirsə bir-biri kimi olmaq bu da onların istəyidi. Nə olsun şüuraltlarına hopdurulmuş istəkdi, əsas odu ki, insanlar bundan xoşbəxt ola bilir. Və bəlkə də həyatlarının, özlərinin fərqində olmadan yaşayırlar. Amma, bu da onların öz seçimidir. Hələ ki, bizim
Dünən Anna (dediyim oğlanın bacısı) bizi şəhərin ən böyük rəsm qalereyasına aparmışdı. Orda bir qızla tanış oldum, maraqlı söhbətimiz alındı. 30 yaşı var, ekonomistdir, bir neçə il işləyib sonra görüb ki, maraqsızdı ona bu iş, hər şeyi atıb indi gəlib art dərsləri alır universitetdə. Belə insanlardan “motivation” alıram. Bakıda tək-tük belə adam taparsan. Bizim millət həddindən artıq tələskəndi, burada isə sistemə qarşı öz həyatını qurtararaq davam edən insanlar var. Babamız Gandhi`nin nə vaxtsa haqlı olacağı günü səbrsizliklə gözləyirəm.

*   *   *

Ukraynaya gəlməmişdən 2 gün əvvəl ən çox məni təəccübləndirən hadisə əslində Bakıda yaşadığım 12 illik həyatımın əvəzsiz parçasıydı. Amma, mən bunun fərqinə varmırdım. Keçmiş iş yoldaşımla Cafecity`də oturmuşduq. Bizim masaya xidmət edən cavan oğlan yaxınlaşdı və heç nə olmamış kimi bizimlə rusca danışmağa başladı. Mən avtomatik azərbaycanca cavab verdim, yenə rusca danışdı. Doğurdan təəccübləndim. Bakıda bir restoranda işləyən ofisiant niyə rusca danışır ki? O.k., söz azadlığıdı, demokratiyadı kim nə dilində istəyir danışır, bunu dəstəkləyirəm və insanların xarici dildə danışa bilmələrini ilk öncə müsbət hal olaraq görürəm və dostlarıyla rus və ya türk, ingiliscə danışmağı da “praktika” olaraq dəyərləndirə  bilirəm. Amma, yəni bir kafedə işləyən ofisiant (bunu azerbaycanca yazmağa çalışdım, amma “xörəkpaylayan” tərcüməsi elə də ürəkaçan deyil) niyə müştəriyə yaxınlaşar yaxınlaşmaz rusca danışsın ki? Nədir bunun səbəbi? Bu doğurdan da məni çox narahat eləmişdi. Ən pisi də odur ki, mən Ölkədən çıxandan bir həftə sonra bunu hiss etməyə başladım.

*   *   *

Danışım millətimizin gedridə qalmışlığından. Başlıyaq geyimdən. Mən hələ 1-ci kursda Moskvada olanda dərk eləmişdim ki, Azərbaycandan başqa inkişaf eləmiş ölkələrin heç birində insanlara kimin nə geyindiyi maraqı deyil. Bura ümumiyyətlə dəhşətdi. Hamam xalatında get gir univermağa, heç kim sənə baxası deyil. Ümumiyyətlə bizdən fərqli olaraq buralarda kompleksizlik anadan gəlmə olur. Bilirəm ki, Bakıda da şəhərin ortasında mayallaq aşa bilərsiz. Sizə inanıram. Ya da yerdə oturaraq şahmat oynaya bilərsiz.  Bu qədər azad olduğunuza “şübhəm yoxdu”. Ümumiyyətlə, siz inkişaf sözünü leksikadan çıxarsaz yaxşıdı.
Həmin o party olan gecə ordakılardan biri sevgilimin olub olmadığını soruşdu. Yalandan desəydim “hə”, deyəcəydi ki, “şəkillərinizə baxım”. Bura Bakı deyil ki,  burda “silinib”, “kompu təzə format eləmişəm” tipli variantlar keçərli olsun. “Yox” desəydim, bu lap pis çıxırdı. Yəni bu insanlar üçün 19 yaşında “para”sız olmaq nadir görünən haldı. (Gey ya lesbian məsələsinə görə). Bilmədim neyniyim. Elə düzünü dedim – “Ayrılmışıq”.
­– Niyə?
Gəl indi cavab ver. Nə deyim, deyim səbəb mentalitetdi? Yoxsa deyim, düşdüyüm vəziyyətdən “peysər” kimi çıxarmaq istəmirdim. Düzünü deyim, ilk dəfə idi ki,  hansısa xaricinin qarşısında millətimə görə utanırdım (gizlətdim amma). Bu həddindən artıq gülüncdü.  Nə isə, yenə bir yalan uydurdum və vəziyyətdən çıxdım.

*   *   *

Bizdə gənclik ancaq yaşda özünü göstərir. Bizim ölkədə gənc yoxdu. 40 yaşında kişi ilə 20 yaşında cavan oğlanın fərqi: (Hələ fikirləşirəm).
Bazlıq gənclik deyil. Univerdə siqaret çəkmək də. Nə də dərsə “vyetnamka” ilə gəlmək. O başınız boyda olan telefona görə özünüzü cool saymağınız da. Arsız-arsız da hələ bir MAG verlişi zad çıxarıblar. Nəysə, bolluq olsun.