Yolla gedirsən... Ətrafda olan hər şey, insanlar, maşınlar, daş binalar,
hətta zavodlar belə bir çox hallarda insanı düşünməyə vadar eləyir... Amma, yenə
də suallar qalır insanın beynində:
– “Bunlar hamısı nə üçündür?”, “Məqsəd nədir?”, “Əgər öləcəmsə niyə
varam?”, “İnsanlar niyə heç nəyin üstündə biri-birilərinə düşmən kəslirlər?”,
“Bir parça çörəklə bir günü başa vurmaq olarsa, onda bahali yeməklər, restoranlar
niyə insanların həyat tərzinə çevrilir?”, “Hansısa bir qonaqlığa və ya toya
geyməyə paltar almağa imkanın olmadığı halda niyə başqasının paltarını pulla
kirayə götürməlisən?”, “Əgər bildiyin
halda ki, bir hərəkətin kiminsə həyatinı riskə atır, onda niyə bilə-bilə bu
pisliyi edirsən?” …
Hərdən sevinirəm ki, Bakıda yaşayıram. Xəzəri olan Bakıda… Dərdlərim
içimdə üsyan edəndə onları Xəzərə boşaldıram. Bəlkə də başqaları kimi oda dərdlərimi
ona danışmağımı istəmir. Hər gün eyni işlər bezdirir adamı. Səhər qalx, yemək
ye (əgər varsa), get dərsə, hər gün saxta gülüşlə müəllimə “hörmət” et, gəl evə,
valideynlərinin danlamalarına qulaq as (sənin xeyrinə olduğunu düşünürlər), bir
təhər yatana qədər vaxtını keçir (səviyyəsiz çatlarda yazış, pornoqrafiyaya
bax, Facebook-da şit poza verən qızlara dostluq göndər, saat ilişib dəyananda başını
divara vur ki, vaxt tez keçsin, və s. bu cür “səmərəli” işlərlə..!) və nəhayət
yatanda yorğanın altında düşün:
– Bir günüm getdi… Hara getdi..? Niyə getdi..? Bu gün yeni nə öyrəndim..?
Sabah nə öyrənməliyəm ki, birisi gün mənə lazım olsun…?
Ya da ki, istəsən heç nə düşünmə. Başını at balınca, yat ölü kimi… Sən onsuz da həyatının cəmi
4-5 ilini yaşayırsan. Qalanını canlı ölü olursan.
Nifrət elədiyim isə yalan hesabına iş görməkdi. Onsuz da vətəndşı
olduğum bu ölkədə “demokratiya”ya ancaq AzTV-də rast gəlmək olur. Bir sözlə,
haqsızlıq baş alıb gedir. Güclülər istədiyini edir, basıb zəifləri əzir. Buna
baxmayaraq bəziləri belə halından şikayətçi deyil bu ölkədə. “Nəfəs alıb, bir
tikə çörək tapa bilirəmsə min şükür” – deyirlər. Azadlığın ən böyük düşməni də
elə bunlardır. Qoyunlar bilmirlər ki, Azərbaycanda orta hesabla aylıq əmək
haqqı 3000 manatdır. Rüşvət almayan müəllim ayda 250 manat qazanırsa, “hörmət”
edilən həkim 5750 manat qazanır. Bu ədədlərin də ortaq qiyməti eləyir 3000
manat (AOƏH). İnsanlar 5-10 saniyəlik həzzin nəticəsini düşünmədən günaha
batırlar. Ya da düşünərəkdən…
Ehhh... İnsanlarda ideologiya çatışmamazlığı özünü göstərir: “Buna bax, şalvarı
belindən düşür…”, “Buna bax, roka qulaq asır, dəlidir!”, “Buna bax, yayda əlcək
taxır!”, “Belə oğlan olar?! Saçının uzunluğuna bir bax!!!”, “Bu abırsıza bax hələ,
şəhərə də şortik geyərlər…”.
Belə
fikirlər onu deməyə əsas verir ki, cəmiyyətimiz çox geridə qalıb. Rep bizim
yaşlı nəslin nümayəndələrinə qeyri-ciddi bir iş kimi görünə bilər. Amma, o vaxtlar
Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadələr “Molla Nəsrəddin”i nəşr edəndə
onların da yaşlı nəsilləri barmaq ilə onları göstərib gülürdülər. Jurnal, qəzet
çıxarmağı Avropadan gəlmiş pis vərdiş kimi qiymətləndirirdilər. Elə indi də rep
Azərbaycanda eyni problemi yaşayır. Yəni ki, eyni sözü kitabda yazsan olacaq
ciddi ədəbiyyat, mikrofonla desən olacaq qeyri-ciddi rep. Amma ki, sözün mahiyyəti
eyni olaraq qalır.
Məktəblərdə
tərbiyə əvəzinə əsarət hökm sürür... Qapılar bağlı – birdən kimsə dərsdən qaçar!
Əgər sinifdə istək olmadan dərs dinləyəcəksənsə bu onsuz da insan üçün vaxt
itkisidir... İnsan özünü hansısa bir yolda görməlidir və dayanmadan irəliləməlidr...
Bir ailədə hami ALİM ola bilməz ki.?! Məcburi savadlı olmaqdansa özünə yaxın
olan işlə mşğul ol..! Bir saniyə belə vaxt itirmək olmaz... Bir kəlmə belə
artıq işləmək olmaz... Bir qram suyu belə ehtiyacın olmadan içmə. Susuzluqdan
saniyədə 5-6 nəfər insan ölür bu dünyada... Yazmaqla qurtarmır, zaman yetməz hər
şeyi yazmağa…
SADƏCƏ HƏR ŞEYDƏN NƏTİCƏ ÇIXARIN !!!