пятница, 18 января 2013 г.

Qeyri-səlis məntiq

Düzü qələmi əlimə alana qədər necə başlayacağım özümə də maraqlı idi. Bu dəfə deyəsən öhdəmə çətin mövzu düşmüşdü. Amma, internet forumların birində gördüyüm başlıq nə yazacağımı mənə aydın etdi: “Qorxudan içindəki sevgini boğmaq”.
Əvvəl bu söz mənə çatmadı. Amma, sətiraltına fikir verəndən sonra nə demək istədiyini başa düşdüm.
Sevgi insan həyatına bircə dəfə qonaq gəlir. Çox olar iki dəfə. Üçüncü artıq sayılmır. Əlbəttə, söhbət sevgidən gedir, “sevgi”dən yox. Amma, mənim indi yazacaqlarım sevgidən deyil, bu millətin idealogiyasındakı çatışmamazlıqdan olacaq.
Həyatda elə insan yoxdu ki, ya sevgi etiraf etməsin, ya da ona sevgi etirafı olmasın. Kimisi bu təklifə qarşılıq verir, kimisi isə yox. Normal məsələdi. Bütün dünya bir-birinə aşiq deyil ki..?
Bəzən elə olur ki, bir qız uzun müddət xəyal etdiyi bir oğlandan  təklif alar, amma, qəbul etməz. Niyə? Nədir axı səbəb? Əslində səbəb çoxdu. Onların bəzisi çox çürük bir məntiqə əsaslanır.
Dediyim forumda bir qızla dialoqum alındı. “Meni seven oglan, defelerle mene sevgi etiraf  eliyib. Duzu men de onu sevirem. Ama qardawimin qorxusunnan qarwiliq veremmirem L
Əvvəlcə ondan qardaşının yaşını və ondan böyük ya kiçik olduğunu soruşdum. Cavab olaraq mənə 23 yaşlı qardaşının özündən böyük olduğunu dedi. Mən:
– Bəs qardaşınızın sevgilisi var?
– O nişanlıdı ... .
– ... Üzr istəyirəm, amma, yəqin ki, nişanlı olduğu qız əvvəllər onun sadəcə sevgilisi olub. Düzdü?
O:
– Hə. Onlar unidə oxuyandan bir-birilərini istəyiblər. Univeri qurtaran kimi də nişanlandılar, sonra qardaşım əsgər getdi.
­...
– ... Bəs qardaşınızın nişanlısının qardaşı var?
...
– ... Yox, yoxdu.
...

Deməli belə... Hansı oğlan ki, bacısının yanında yad oğlan görsə vurub ağzını-burnunu partladacaq. Hələ evə girən kimi bir-iki şapalaq da bacısına vurub, onu bağlı otağa məhkum eliyəcək. Super... Mən millətimin qeyrətinə heyranam.
Amma, sabahı gün həmin o “qeyrətli” oğlanın hansısa qızla əl-ələ tutub gəzdiyini görəndə heyran olduğum şeyin içinə tüpürmək istəyirəm. Belə çıxır ki, sənin bacının qeyrəti ləyaqəti var, əlindən tutduğunun, saçlarını qoxulayıb öpdüyünün yox? Heç kim sənə demir burax bacını öz həyatını istədiyi kimi yaşasın. Sadəcə heç kəsi layiq olduğundan məhrum etmək düzgün deyil məncə.
Nə isə... Gör hardan gəlib hara çıxdım. Dediyim odur ki, mənə yalandan “dəbli qeyrət”dən dəm vurmayın.
Səbəblər çoxdu. Elə biri kompleks. “Mən bacarmaram... ayıbdı...”, valideyn qorxusu. Nə bilim nələr, nələr...
Sevmək nə ayıb, nə də gizlədiləsi bir şeydi. Hər kəsə məxsus olan bir hisdir. Heç kimin ixtiyarı yoxdu bu hissin qarşısında hasar hörsün.  Bu hissinizdən azad insan kimi istifadə edin. Kак говорится - ЛЮБИТЕ ДРУГ ДРУГА...


Комментариев нет:

Отправить комментарий