пятница, 7 сентября 2012 г.

Xalq`ım

Vəziyyət o qədər kritikdir ki, heç bilmirəm haradan başlayım...

Lütfən, indidən bildirim ki, bu absurd atalar sözünü mənə demiyin, - “Qınından çıxıb, qınını bəyənməyən”. Bu söz inkarçılığın qarşısını alır, halbuki inkar yolu ilə inkişaf başlayır.
Bəzilərinə məlumdur ki, Azərbaycanda olmayanda 2-3 gündən bir yeni hekayə yazırdım. Azərbaycana gəldiyimdən bəri bu ilk yazım olacaq. Nəinki, yazmaq, normal oturub bir kitabı oxuya bilmirəm… Hər hansı bir nəsnəyə adapte olanda binanın qarşısından keçən Jiqulilərin içərisindən gələn Üzeyirin səsi bütün aləmi götürür, fikirim dağıldığı üçün heç cürə yazıyla və ya oxumaqla məşğul ola bilmirəm….
Yay tətili ərzində 5-6 gün Gəncədə oldum. Ümumiyyətlə Gəncədə çox az sayda azadfikirli, demokratik dəyərlərə yaxın insanlar var və o insanların toplaşdığı məkanlarda olmağa çalışırdım. Facebook vasitəsi ilə Gəncədə keçiriləcək kitab flashmobuna dəvət aldım və getdim…
Gəncənin məşhur Xan bağında bu flashmob planlaşdırıldı və oraya getdik. Orda Nicat adlı 21-22 yaşında bir oğlanla tanış oldum. Oxuyucuların əksəriyyətinin əlində İblisin Oyunu (tanış olduğum oğlanın kitabı) var idi. 5 dəqiqə keçəmiş hay-huy, polislər tökülüşdü. Onlara izah etməyə çalışdıq ki, cəmiyyətdə gənclərin asudə vaxtının çayçılarda keçirilməməsi üçün kitablarla insanlara təsir edirik ki, cahilliyin, manqurtluğun daşını atsınlar.
 Başına döndüyüm polislər “sən bizim cəmiyyətə manqurt deyirsən” – biri də kənardan gəldi dedi ki, bəs İblisin Oyununun təxribatını edirlər filan. Kitabdakı şəklə baxıb həmin oğlanın şəklini görüncə, “Aparın əəəə bunu” dedilər. Onu bölməyə apardılar, yalnız 2 gün sonra Facebook vasitəsi ilə onunla əlaqə saxlaya bildim. Baş verənləri belə şərh etdi:
 “Yolda mənə həqiqiətən yaxşı polis eləcə üzrxahlıq edirdi və oradan sağ salamat çıxmağım üçün rəislə “qadanalım-qurbanolumla” danışmağımı istəyirdi. Nəysə, yanımda bir nəfərdə gəlmişdi dostlardan. Sonda Rəisin özü də gəldi, “ Kimsən əəə sən, cəmiyyətə manqurt deyirsən, kitab yazıb xaricdə oxuyursan, kəşfiyyatçısan yoxsa, gəlmisən buralara?” – istədim deyim “ DOB”, dedim hələ lazım deyil, mədəni yolla izah etməyə çalışdım, ancaq nədənsə o məni agressiv başa düşdü və mənə dedi ki, sənə qanunları başa salacağıq podvalda. Belə deyəndə, məndə konstusiyanı 47,50,51, sensuzranın ləğv olunması,azad topaşmaq və s. kimi hüquqlarımın pozulduğunu dedim. Hüquqlarımı bildiyimə görə çöldəki 13 nəfəridə tutub gəitrdilər. Polislərin içərisində yaxşıları da var idi, amma onların içərisində talibilərdən fərqlənməyəndə var idi ki, orada olan qızlara sataşırdılar. Bu da birabrçılıq idi təbii ki…
Gələn gedən mənə baxırdı, kitabımın adını soruşurdu, nədən bəhs etdiyimi soruşurdu, məndə bezirdim… 15-16 nəfərə kitabın mövzusunu danışırıdm…
Ehh nəyəsə, xoşbəxtlikdən hüquqlarımızı bildiyimizdən azad olunduq. Çünki, orada sonda rəisə bir söz dedim: “ Mirzə Ələkbər Sabir Azərbaycan xalqını maarifləndirməsi üçün onları cahil, manqurt adlandırırdı. Nəticədə Mirzə Ələkbər Sabir başda olmaqla onun simasında olan insanların bu fikirlərinə görə 1918-ci il cümhuriyyətinin yaranmasında böyük köməklikləri dəydi. Tutmaq istəyirsinizsə, Mirzə Ələkbər Sabiri də tuta bilərsiniz. Bu onun fikiridir” .
Gəncədən qalan xatirələr bu qədər...

***

Bəzən mənə deyirlər ki, niyə Bakı haqda heç nə yazmırsan? Bakı haqqında yazsam heç kimə maraqlı olmayacaq, çünki hər kəs oranın yaxşısını da bilir, pisini də, insanları bir göz qırpımında məhv etməyə qadir şəhər daxili avtobus sürücüləri, mədəniyyətdən məhrum olmuş metro istifadəçiləri,sənəd almaq üçün BDU-nun verdiyi işgəncələr…. Dünən Bakıda yaşadığım kiçik bir əhvalatı yazmaq istərdim. Deməli:
 Tətil ərzində bir günlük Bakıya gəlmişdim. 59 nömrəli marşutda camaat az-qala bir-birinin belinə çıxırdı. Öz evində yemək bişirib yeməkdən başqa bir funksiyası olmayan 110 kiloya yaxın orta yaşlı qadın, burnunun qırağından yağ damcıllaya-damcıllaya, peraşki iyi verərək , gedib, pəncərəyə tərəfədə oturan oğlana özünü göstərdi ki, o oğlan yerindən dursun. Ancaq oğlan heç bir reaksiya vermədi. Peraşki iylənən qarnını qabağa verən arvad söylənməyə başladı ki, "indiki zamanda heç cavanlarda böyüyə hörmət qalmayıb ki, böyüyə dursun yer versin". Oğlan heç bir reaksiya vermədi. Artıq hər kəsin fikiri həmin oğlanda idi, ictimai qınaq oğlanı yıxacağına oxşamırdı. Hərçənd ki, oğlanın heç bir reaksiya verməməsi mənə ləzzət edirdi. Çünki Avropada qocaya yer versən, çantasını başına çırpar ki, mən sənə dedim ki, bəyəm mənə yer ver?! Qarşındakı insana yer verməklə, o insanı gücsüz, qoca, öz ayaqları üzərində dura bilməyən ixtiyar adlandırmış kimi olduğun üçün, sən təhqir oluna bilərsən. (həqiqətən belədi) Bizdə isə 18 yaşlı, kişilərdən də sağlam olan qızlara da yer verirlər.
 Nəysə, haşiyəyə çıxdım bir az. Hə, qıraqdan bir kişi səsi gəldi ki, “ Hə ay bajı, mənim hörmətsiz övladım olsa, onun canını alaram”. Mən tez o oğlanın üzünə baxdım, heç bir reaksiya yox idi. Nəhayət, üzündə saqqalı olan qara geyimli bir qaqaş, oğlanın çiynindən vuraraq “ Qaqaş, ağsaqqal-ağbirçək var, dur qoy otursunlar”. Saçı səliqəli və üzündə nurani göyçəklik olan həmin oğlan başını qaldırdı, nədənsə ilk mənim üzümə baxdı. İstədim, əlimlə göstərim ki, durma, otur! Oğlan ətrafa baxdı ki, hamı ona nifrətlə baxır. O şoferə səsləndi ki, indi saxlasın. Oğlan əyilib, yerdən qol-altı dəstəyi götürdü. Sağ ayağı dizindən sınıq imiş. Dəmir trafaret bərkidilmişdi ayağına. Mənim ürəyim acıdı, oğlan birtəhər avtobusdan düşdü və çöldən içəridəkilərin üzünə baxdı. Əmin idim ki, oğlanın düşəcəyi yer bura deyildi, o insanlara görə düşdü. Oğlanın bir qıçasının olmamağına (Demək olar ki, bu belə idi. Trafaret bərkidilmiş ayaq heç bir halda yerə basılmamalıdı. Bunu yaşamışam) təəssüflənməyən, yekəqarınlı qadın, camaatı basa-basa getdi özünü oğlanın yerində əyləşdirdi.
 Məni “çıldırtan” odur ki, bu olanlardan heç kim dərs çıxarmadı. Belə də şey olar?! Orada o sözləri işlədən insanlar vicdan əzabından ölməliydilər. Oğlan düşəndən də sonra hələ də ağsaqqallar ədəb-ərkandan danışırdılar. Bu bizim mədəni sivilizasiyamızın dayaz olduğunu göstərir.
Bu da bir günlük Bakı xatirəsi...

***

Deyirlər, Dünya əxlaqsızdır, Azərbaycan əxlaqlı.. AzTV tipli yanaşamalar var cəmiyyət tərəfindən. Azərbaycanın hər tərəfində fahişəliyi sənətə çevirənlər var. Təbii ki, buna görə fahişələri qınamaq olmur, onlara verilən təhsil və ya peşə düzgün olsaydı, təhsilin strukturu düz qoyulsaydı heç kim də fahişəliklə məşğul olmazdı. Yol boyunca hər yanda qarşına bu “sənət”-in sahibləri çıxır. Ətrafdakı kişilərdə pulları çatmadıqda, bacardıqları qədər söz atıb ayaqüstü mastrubasiya yaşayırlar...

***

Gələk əsərimizin kuliminasiyasına. Tətilim sonunda Bakıya qatarla qayıdası oldum... Havada əla bir sərinlik var idi. Oturub zun müddət işləmək olardı. Bileti həmişə 33-cü kupeyə alıram. 90% kupedə tək gedirəm. Bu dəfə də tək getdim, yolda “Əli və Nino” əsərini oxuya-oxuya düşünürdüm ki, gözəl vaxt keçirirəm. Birdən birə sağ kupedən, ambulans siqnalına bənzəyən səs gəldi, amma sonradan mənə məlum oldu ki, bu siqnal deyil, körpə uşağın ağlamasıdır. Uşaq elə ağlayırdi ki, fikirim dağılırdı və kitab oxuya bilmirdim. Gecə saat 2-ə kimi belə davam etdi. Deməli, həmin kupedən bir qoca qadın və 16-17 yaşlı qız tualet üçün kupedən çıxdılar. Birdən kupedən kişi səsi gəldi:
– Səbinə, bilirsən də səni çox sevirəm.
–Mən də səni sevirəm, – incə qız səsi gəldi. Bilinirdi ki, o ağlayan uşağın anasıdır.
– Mən sənlə həmişə qatarda sevişmək isəmişəm.
Onların pıçıldayaraq danışmasına baxmayaraq mən hər şeyi eşidirdim. Qız sonra davam etdi :
– Aaa... elə burda?
–Həə, o biri kupe boşdur, səssiz işimizi həll edək, mamamgil gələnə kimi. (Ucara kimi kupelərin çoxu boş olur, əsas da yayda.)
Bir neçə saniyə səssizlikdən sonra sapıklık başladı. Kitabı kənara atdıb, əlimi üzümə qoyub və düşündüm: “ İnsan fantaziyası nə qədər dərin olmalıdır ki, anası və qızı tualetdən gələnə kimi onlar bu işlə məşğul olmaq istəyirlər və həqiqətən bacarırlar. Ya bu insanlar seksual inqilab yaşayıblar öz kəndlərində, ya da o qədər tək qalmayıblar ki, işlərini 5 dəqiqə içində elə qatarda görürdülər. Mat-məəttəl qaldım. Vallah mən heç inanmağım gəlmir ki, hətta Fransada belə şey baş versin. Buna sevinmək lazımdır, ya ağlamaq?!

***

Bəzən mənə deyirlər ki, sən nankorsan. Allahın verdiyi nemətləri bəyənmirsən. Əstağfürillah... Bu heç də belə deyil. Allah bizə nemətləri verib ki, onlardan gözəl təamlar hazırlayıb yeyək. Amma, bizim millətin fantaziyası “o dərəcədə” inkişaf edib ki, əlinə nə keçdi atır qazanın içinə ki, “qoy qaynasın, bütün ərzaqların dadı bir-birinə qarışanda dadlı olur”.  Belə də şey olar?! Əgər həftəbecəri yeməmək nankorluq sayılırsa, bəli, mən nankoram...

HƏLƏLİK SON...


Комментариев нет:

Отправить комментарий